Ölkə futbolu

“Neftçi” bürünc mükafatısını təbrik etdi

“Neftçi” PFK SSRİ çempionatının bürünc medallarının qazanılmasının 50 illiyi münasibətilə veteran futbolçu Nikolay Boqdanovu təbrik edib.

İdmanxeber.com-un məlumatına görə, komandanın qapıçısı Maksim Vaylo Ukraynada yaşayan veteran futbolçu ilə görüşərək, ona xatirə hədiyyəsini təqdim edib.

Xatırladaq ki, “Neftçi” 1966-cı ildə SSRİ çempionatını 3-cü pillədə başa vurmuşdu. Hazırda Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda baş tutmuş həlledici görüşdə komanda Moskva “Spartak”ını 3:0 hesabı ilə məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43