Kateqoriyasız

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırdı

“Neftçi” futbolçusu Melvin Platye ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, hollandiyalı futbolçu ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub və Platye istədiyi kluba keçmək hüququna malikdi.

Qeyd edək ki, Platye transfer olunduğu gündən bu yana “Neftçi”də ilk vaxtalar qol vurmaqda, daha sonra isə əsas heyətə düşməkdə çətinlik çəkirdi. Hücumçu mövsümün qalan bölümünü İsveç “Kalmar”ında keçirsə də yenidən “Neftçi”yə qayıtdı və klubla müqaviləni razılaşma yolu ilə ləğv etdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43