19 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” hazırlığını brazilyalısız davam etdirir – VİDEO

“Neftçi” Azərbaycan Premyer Liqanın 8-ci turunda “Sumqayıt”la keçiriləcək oyunun hazırlığını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün klubun bazasındakı meydançada baş tutan məşqdə milli komandaların heyətinə cəlb olunmuş futbolçularla yanaşı, komandanın kapitanı Flavinyo da iştirak etməyib. O, zədəsini müalicə etdirmək üçün İtaliyaya yollanıb. Braziliyalı yarımmüdafiəçi orada şəxsi həkiminin nəzarəti altında müalicə olunacaq.

“Neftçi”nin məşqindən hazırlanmış videoreportajı təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43