Dünən "Qarabağ"la heç-heçə edən (1:1) "Neftçi" iki ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klububunun iki legioneri – Deniz Silva və Erik Ramos "Qarabağ"la prinsipial matçda sarı vərəqə alaraq cəzalı duruma düşüblər. Hər iki futbolçu sarı kart alaraq limiti doldurublar.
Sözügedən futbolçular Premyer Liqanın 33-cü turu çərçivəsində "Qəbələ"ylə çətin oyunda "Neftçi"yə kömək edə bilməyəcəklər.