Kateqoriyasız

“Neftçi” istirahət etməyəcək

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Maltanın “Baltsan” klubuna qalib gələn (0-2) “Neftçi” ötən gün axşam saatlarənda vətənə qayıdıb.

İdmanxeber.com-un məlumatına görə, “ağ qaralar” artıq cavab oyununun hazırlıqlarına başlamaq üzrədi. Belə ki, baş məşqçi Vəli Qasımov futbolçulara istirahət verməyib. Komanda bu gün təlim-məşq bazasında hazırlıqlara başlayacaq.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyul ayının 7-də “Bakcell Arena”da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43