Ölkə futbolu

“Neftçi” latviyalısından da imtina etdi

“Neftçi” Bahodir Nasimov və İqor Mitreskidən sonra daha bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, “ağ-qaralar” mövsümün çox hissəsini ehtiyatda keçirən qapıçı Pavel Doroşevslə vidalaşmaq qərarına gəlib. 

“Neftçi” təcrübəli latviyalı qolkiperin əvəzinə komandaya “Araz Naxçıvan”da icarə əsasında çıxış edən Emil Balayevi qaytaracaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43