Dünyadan

“Barselona”dan möhtəşəm transfer hərəkatı: Bir futbolçunun keçidi həll olundu, digəri yol üstə

“Barselona” PSJ-dən israrla istədiyi Markinyosun transferinin demək olar ki, bütün detallarını razılaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu 20 yaşlı braziliyalı futbolçuya görə qarşı tərəfə 20 milyon avro və Daniel Alveşi verəcək. 

Bundan əlavə “Barselona” “Roma”nın futbolçusu Benatiyanın da keçidini demək olar ki, razılaşdırmaq üzrədi. Artıq futbolçunun agenti İspaniyadadı. 

İtaliya klubu Mehdi Benatiyaya görə “Barsa”dan 40 milyon avro tələb edir. İspanlar isə qiyməti mümkün qədər aşağı salmağa çalışırlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43