Ölkə futbolu

“Neftçi” legionerini satdı – Rəsmi

“Neftçi” futbolçusu Qodsvey Donyonu Kiprin “Apollon” (Limassol) komandasına satıb.

İdmanxeber.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi ilə danışıqları başa çatdırılıb. “Ağ-qaralar” xidmətləri üçün Donyoya təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, qanalı hücumçu 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43