İdman

“Neftçi” nəhayət yoxlama görüşündə qələbə qazandı

Qış hazırlığını Bakıda davam etdirən “Neftçi” bu gün yoxlama görüşü çərçivəsində I Divizion təmsilçisi “Sabah”la qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma 1 qolla əlamətdar olub. Matçda yeganə qolu 73-cü dəqiqədə “Sabah”ın qapısından Emin Mahmudov keçirib. Oyunun son dəqiqəsində “ağ-qaralar”ın heyətində Mirabdulla Abbasovun zərbəsi dirəyə tuş gəlib.

Qeyd edək ki, paytaxt klubu Antalyada keçirdiyi 5 yoxlama oyununun hamısında uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43