Ölkə futbolu

“Neftçi” “Qarabağ”a problem yaratdı – FOTO

Premyer Liqanın 8-ci turu çərçivəsində bu gün qarşılaşacaq "Neftçi" və "Qarabağ" klubları oyun öncəsi son məşqinə çıxıblar.

"Bakcell Arena"da baş tutan məşq zamanı meydan sahibləri qonaqları gözlətməli olbular. Belə ki, 19:00-da məşqə çıxmalı olan Ağdam təmsilçisinin futbolçuları stadionun koridorunda azı 5 dəqiqə gözləməli olublar. Bundan sonra isə Qurban Qurbanovun yetirmələri məşqini keçiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43