19 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” rəsmisi “Qarabağ”ı elə təhqir etdi ki… (FOTO)

İyunun 3-də Azərbaycan kubokunun final matçında "Qarabağ"la qarşılaşacaq "Neftçi" tərəfi Ağdam klubunu həm tənqid, həm də təhqir etməyə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, əzəli rəqiblərin dueli öncəsi "Neftçi" tərəfi sağlam rəqabət apara bilmir.

Hər halda belə olmasaydı “Neftçi” rəsmisi “Qarabağ”ı açıq-aşkar təhqir etməzdi. Belə ki, klubun mətbuat xidmətinin əməkdaşı olan Çingiz Həsənov sosial şəbəkədə komandanın zədəli futbolçusu Flavinyoyla çəkdirdiyi şəkili paylaşaraq çox xoşagəlməz ifadələr işlədib:

Göründüyü kimi, “Neftçi” rəsmisi peşəkarlığa sığmayan hərəkətə yol verərək Ağdamın “Qarabağ” klubunu təhqir edib.

“Kapitan Flavinyo zədəsini sağaltmaq və finalda bir… komandanın "da…nı dağıtmağa" söz verib”. 

Bu da peşəkar adlandırılan klubun rəsmisi. Budurmu peşəkarlıq?
 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43