08 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” rəsmisi: “Rəhim Həsənov “Xəzər Lənkəran”ın qapısına gülməli penalti təyin etdi”

“Qarabağ”la oyunda “Xəzər Lənkəran”ın qapısına verilən penalti düzgün deyildi. Rəhim Həsənov “Xəzər Lənkəran”ın qapısına gülməli penalti təyin etdi”.

Bu sözləri İdmanxeber.com saytına açıqlamasında “Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib. 

Paytaxt klubunun rəsmisi avqustun 25-də keçiriləcək “Böyük oyun”da bu cür hakim problemi yaşamayacaqlarına ümid etdiyini bildirib:

“İlk turdan hakim səhvləri baş alıb gedir. Elvin Yunuszadə “Simurq”la oyunda heç nədən qırmızı aldı. İki oyunda isə iki qolumuz saymadılar. Ümid edirəm “Xəzər Lənkəran”la səfər oyununda hakim problemi yaşamarıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43