Kateqoriyasız

 “Qəbələ” qalib gəldi, “Neftçi”xal itirdi

Bu gün Misli Premyer Liqasında XIII turun növbəti iki oyunu keçirilib.

İdmənxeber.az xəbər verir ki, Qəbələdə baş tutan matçı ev sahibi komanda 1:0 hesabı ilə qazanıb.

Günün digər matçında isə “Sumqayıt” “Neftçi”ni qonaq edib. Dörd qol qeydə alınan oyunda qalib müəyyənləşməyib – 2:2.
Misli Premyer Liqası
XIII tur
5 noyabr15:00 Qəbələ – Zirə 1:0

Qol: Ülvi İsgəndərov,  90+3
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu

19:00 Sumqayıt – Neftçi 2:2
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
Sumqayıt şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43