Kateqoriyasız

“Neftçi” tıxaca düşdü, Sumqayıtdakı matçın vaxtı dəyişdi – VİDEO

Misli Premyer Liqasının 13-cü turunda bu gün keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi, 19:00-da deyil, 19:30-da start götürəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb

 

Buna səbəb “Neftçi”nin yollarda yaranmış böyük tıxac səbəbindən stadiona oyun günü planına uyğun çata bilməməsidir. Məsələ ilə bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və əsasnamə rəhbər tutularaq oyunun 30 dəqiqə gec başlamasına qərar verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43