Kateqoriyasız

“Neftçi” “Sumqayıt”la matça ciddi itkilərlə çıxacaq

“Neftçi” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la oyuna hazırlığı davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun heyətində itkilər var. Belə ki, Emin Mehdiyevlə Elvin Yunuszadə bu qarşılaşmanı sarı vərəqə limitini keçdiklərinə görə buraxmalı olacaq. Ernest Nfor isə zədəlidir. Eyni səbəbdən Məqsəd İsayevlə Denis Silvanın da meydana çıxması sual altındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43