19 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” uduzdu, “Sabah”dan heç-heçə – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Zirə” “Neftçi”ni qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da mövsümə uğursuz start verən “Neftçi”nin qələbəsiz oyunlar seriyası 6-ya çatıb.

Turun qapanış qarşılaşmasında lider “Turan Tovuz” evdə 3-cü pillədəki “Sabah”la üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb.

15 sentyabr (bazar)

20:30.“Sabah” – “Turan Tovuz” – 2:2 

Qollar: Cessi Sekidika, 6 (1:0), Roderik Miller, 36 (1:1), Cessi Sekidika, 47 (2:1), Ayxan Hüseynov, 77 (2:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
“Bank Respublika Arena”

18:00.“Zirə” – “Neftçi” – 2:0 

Qollar: Salifu Suma, 1, Rafael Utziq, 60
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Zirə İK stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43