Ölkə futbolu

“Neftçi” və “Xəzər Lənkəran”ı həsrət qoydular

Futbol üzrə Azərbaycan U-13 Liqasının 2013/2014-cü il mövsümünün finalçıları müəyyənləşib. 

İdmanxeber.com AFFA-nın saytına istinadən xəbər verir ki, yarımfinal mərhələsinin oyunları AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçirilib.

"Neftçi" və "Qəbələ" komandalarının oyununda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən "Qəbələ" 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Digər yarımfinal qarşılaşmasında "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə məğlub edən "Neftçi İSM-Siyəzən" komandası finala yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43