İdman

“Neftçi” yarımfinalda

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə təşkil olunan Netanya mərhələsində, B qrupunda qərarlaşmış “Neftçi” klubu qrupda sonuncu oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, təmsilçimiz Litva millisinə 20:14 hesabı ilə qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.

“Neftçi”nin yarımfinal qarşılaşması iyulun 3-də Bakı vaxtı ilə saat 23:15 -də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43