Kateqoriyasız

“Neftçi” yenidən azarkeşlərinə səsləndi: “Təxribata uymayın”

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” ilə Serbiya “Partizan”ı arasında cavab oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi oyun öncəsi azarkeşlərinə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir: “Azarkeşlərdən xahiş edirik ki, baş verə biləcək hər hansı təxribata uymasınlar.

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” – “Çixura” (Gürcüstan) matçında qonaq komandanın azarkeşləri tərəfindən törədilən təxribat xarakterli halların qarşısı iki dost ölkənin və iki klubun birgə əməyi və səyi nəticəsində alınmışdı.

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiyada təşkil olunmuş “Partizan” – “Neftçi” oyunundan sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər. Bir daha azarkeşlərin diqqətinə çatdırırq ki, bugünkü matçda təxribata uymasınlar və komandamızı sona qədər dəstəkləsinlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43