Kateqoriyasız

“Neftçi”də ciddi itki: meydanı xərəkdə tərk etdi

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Neftçi” “Zirə”nin qonağıdı.

İdmanxeber.az-ın məlumatına görə, matçın 49-cu dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Eddi İsrafilov zədələnib. Oyunu davam etdirə bilməyən yarımmüdafiəçi meydanı xərəkdə tərk edib. Onun əvəzinə meydana İsmayıl Zülfüqarlı daxil olub.

Hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43