Ölkə futbolu

“Neftçi”dən ayrılan hücumçu Norveç klubunda

Qışda “Neftçi”dən ayrılan Aaron Olanarenin yeni klubu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı hücumçu Norveçin “Molde” komandasına transfer olunub. Son ölkə çempionu 30 yaşlı forvardla bu ilin sonunadək müqavilə imzalanıb.

Olanare mövsümün birinci yarısında “Neftçi”nin heyətində ümumilikdə 15 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43