Dünya futbolu

“Mançester Yunayted”in hədəfindəki braziliyalı

”Mançester Yunayted” Joao Qomesi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 23 yaşlı yarımmüdafiəçini Kazemironun əvəzedicisi kimi görür.

Qomes 2023-cü ilin yanvarından “Vulverhempton”da çıxış edir. O, bu mövsüm Premyer Liqada 24 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə braziliyalı oyunçunun dəyəri 28 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43