Ölkə futbolu

“Neftçi”də ŞOK üstünə ŞOK

“Neftçi” daha bir ciddi tiki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” Cavid İmamverdiyevdən məhrum olub. “Bakı” ilə oyunda sarı vərəqə limitini dolduran İmamverdiyev növbəti turda komandasına kömək edə bilməyəcək. Bundan əlavə, komandanın daha 3 futbolçusu – Mahir Şükürov, Karlos Kardoso və Bruno Bertuççi də cəzalı olduğuna görə qarşıdakı oyunda meydanda olmayacaq.

Qeyd edək ki, paytaxt klubunun rəqibi “İnter” olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43