Kateqoriyasız

“Neftçi”də yeni futbolçu (VİDEO)

“Neftçi”nin əvəzedici heyətinin üzvü Mirabdulla Abbasov əsas komandanın heyətinə cəlb edilib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü M.Abbasov “Neftçi”də 49 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, bu, son 6 ayda əvəzedici heyətdən əsas komandaya dəvət almış sayca ikinci futbolçudur. Mirabdulla Abbasovdan əvvəl Rahil Məmmədov əsas komandaya cəlb olunub və göstərdiyi oyunla özünü doğruldub.

M.Abbasov əsas komandaya dəvət olunması ilə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43