Dünyadan

“Real”da Ançelotti dövrü bitdi: yeni baş məşqçi bəlli oldu

Ançelotti ilə yollarını ayıracaq “Real”ın bu posta kimi gətirəcəyi maraqla gözlənilir.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubu artıq yeni baş məşqçisini tapıb. Bu Dortmund “Borussiya”sından ayrılan Yurgen Kloppdu. 

Almaniya mətbuatında yer alan xəbərə görə, artıq çalışdırıcı ilə danışıqlar müsbət yöndə yekunlaşıb. 

47 yaşlı mütəxəssis “Real”da 2018-ci ilin yayına qədər müqavilə bağlayıb. Sözləşməyə əsasən alman çalışdırıcı “Real”da ilinə 8 milyon avro qazanacaq. 

“Real” bu barədə rəsmi açıqlamanı ayın 30-da verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43