Kateqoriyasız

“Xəzər Lənkəran”ın sabiq fubolçusu yanan binada yaxınlarını itirdi

Bakının Binəqədi rayonunda Azadlıq prospektindəki binada baş verən yanğın nəticəsində Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyevin yaxın qohumları da dünyasını dəyişib.

İdmanxeber.com-un məlumatına görə, hadisə zamanı dünyasını dəyişən 43 yaşlı Şirinova Zülfiyyə Yavər qızı Emil Quliyevin bibisi qızıdı.

Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. Yanğın baş verən əraziyə çox sayda insan və polis əməkdaşı toplaşıb. Son məlumatlara görə, dəhşətli yanğın nəticəsində 14 nəfər ölüb, 50-dən çox yaralı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43