Kateqoriyasız

“Neftçi”də yeni kapitan – FOTO

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə məşqçilər korpusunun və klubun idarə heyətinin toplantısı keçirilib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, toplantıda yeni mövsümdə “Neftçi”nin kapitanının kim olacağı müzakirə olunub.

Müzakirələrdən sonra artıq 5-ci mövsümdür flaqmanın heyətində çıxış edən braziliyalı Flavio Aleks Valensio (Flavinyo) komandanın kapitanı seçilib. Vitse-kapitanlar isə Mirhüseyn Seyidov və Elvin Yunuszadə olacaq.

Qeyd edək ki, ötən mövsüm “ağ-qaralar”da kapitan sarğısını daşıyan Rəşad Sadiqovla Mahir Şükirov artıq komandanın sıralarını tərk edib. Onlar müvafiq olaraq, “Xəzər Lənkəran” və “Karşıyaka” (Türkiyə, I liqa) klubları ilə anlaşıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43