08 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi”dən azarkeşlərinə bəd xəbər: “Klub olaraq heç kimə bilet verməyəcəyik”

Ölkə kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” rəhbərliyi heç bir azarkeşinə PFL-dən bilet alıb verməyəcək.

İdmanxeber.com-a bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Klub rəsmisi bildirib ki, final matçı ilə bağlı PFL-dən heç bir bilet istənilməyib:

“Klub olaraq heç kimə bilet verməyəcəyik. Kim istəyirsə özü kassalardan alacaq”.

Qeyd edək ki, final matçı mayın 22-də saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43