Kateqoriyasız

“Neftçi”dən azarkeşlərinə müjdə: paytaxt klubunda yenilik

“Neftçi” azarkeşlərini növbəti dəfə sevindirib.

İdmanxeber.com-un məlumatına görə, bundna sonra “Neftçi”nin TV vasitəsi ilə canlı yayımlanmayacaq oyunları klubun rəsmi saytı vasitəsi ilə azarkeşlərə birbaşa nümayiş etdiriləcək.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza onu da bildirib ki, bu tur baş tutacaq “Sumqayıt” – “Neftçi” oyununu canlı yayımlaya bilərlər. Lakin İdman Azərbaycan bu oyunu canlı göstərəcəyindən klub buna lüzum görməyib. 

Beləliklə, bundan sonra “Neftçi”nin TV vasitəsi ilə canlı yayımlanmayacaq oyunları klubun rəsmi saytında birbaşa göstəriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43