Ölkə futbolu

“Neftçi”dən Superkubok açıqlaması: “Biz buna öyrəşmişik”

“Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilməli olan Superkubok matçının yeri və tarixi artıq məlumdur. Öncədən də xəbər verdiyimiz kimi, prinsipial rəqiblərin dueli Naxçıvanda, avqustun 23-də keçiriləcək.

Paytaxt klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə idmanxeber.com-a açıqlamasında Superkubok üçün təyin olunan vaxtı və məkanın onlar üçün problem yaratmayacağını düşünür:

“Biz Avroliqada hər 3 gündən bir oynamağa öyrəşmiş komandayıq. Buna görə də qəbul olunan tarixin bizə hər hansı bir əngəl yaradacağını düşünmürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43