“Neftçi” PFK-nın yetirmələrindən 3-ü Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət olunub.
İdmanxeber.com-un məlumatına görə, Mirkamil Haşımlı, Fəhmin Muradbəyli və Nurlan Quluzadə U-19-un heyətində noyabrın 3-dən 5-dək Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək təlim-məşq toplanışına qatılacaqlar.
Orada bu ölkənin U-19 yığması ilə yoldaşlıq oyunu keçirəcək millimiz noyabrın 6-dan 16-dək Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.