Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi: “Müdafiə futbolunu ona görə tətbiq etdik ki,…”

Topaz Premyer Liqasının V turunda “Neftçi” “Xəzər Lənkəran”ı məğlub etdi – 1:0.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov matçdan sonra bu fikirləri söyləyib:

"Komandamı qələbə münasibətilə təbrik edirəm. Çox qısa bir zamanda komandanı oyuna hazırladıq. Oyun fəlsəfəmizi həyata keçirib, qələbə qazandıq. Görüş çətin alındı. İlk hissədə 10 nəfər qaldıq, məcbur olduq ki, həm heyətdə həm də taktiki planda dəyişiklik edək. Erik Ramosun ehtiyatda qalmağı limitlə bağlıdı. Kauenin daha çox hücumameyyli olduğunu düşünüb, bu addımı atmışdıq. Qısa müddətdə futbolçuların nizam -intizamına fikir verdik. Müdafiə futbolunu ona görə tətbiq etdik ki, komanda fiziki cəhətdən hələ tam hazır deyil”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43