08 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi: “Oyundan öncə futbolçulara tapşırmışdıq ki…”

Topaz Premyer Liqasının VI turunda “Neftçi” səfərdə “Qəbələ” ilə üz-üzə gəldi. Arif Əsədovun rəhbərlik etdiyi komanda səfərdən 1 xalla dönməyi bacardı.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov oyundan sonra bu fikirləri səsləndirib:

“Biz qələbə üçün gəlmişdik. Oyundan öncə futbolçulara tapşırmışdıq ki, rəqibi öz meydançasına sıxsınlar. İlk hissədə bizim çox üstünlüyümüz vardı. Ümumiyyətlə, görüş “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Oyundan razı qaldım.  Sonluqlar heç də yaxşı alınmadı. Bunun üzərində işləyəcəyik. “Qəbələ” komandasına isə növbəti görüşlərdə uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43