Kateqoriyasız

“Neftçi”nin bir rəqibi bəlli oldu – “Şaxtyor”

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” bu turnirin hazırlığını Avstriyada davam edəcək.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” iyunun 17-də Avroliqa hazırlıqlarına başlayacaq.

İyunun 18-i Avstriyaya yollanacaq “Neftçi”nin buradakı sınaqçı rəqiblərindən birinin adı da bəllidi. Belə ki, paytaxt klubu Ukraynanın “Şaxtyor” komandası ilə qarşılaşacaq. Donetsklilərlə matçı ayın sonlarına təsadüf edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43