Kateqoriyasız

“Neftçi”nin futbolçusu geri döndü

"Neftçi”in futbolçusu Bruno Bertuççi Bakıya qayıdıb.

İdmanxeber.com-un məlumatına görə, ölkəsinə müalicə olunmaq üçün yollanan müdafiəşi artıq geri dönüb və hazırkı durumu ilə bağlı klubun rəsmi saytına danışıb:

"Braziliyada olduğum müddətdə müalicəmin əsas mərhələsini geridə qoydum. Həkimlərin rəyinə görə, artıq məşqlərə başlaya bilərəm. Bu gün komanda ilə birgə hazırlığa qatılacam. Çalışıram ki, əvvəlki formamı mümkün qədər tez bərpa edim. Qarşıda bizi çətin oyunlar gözləyir. Buna görə də hər matça tam hazır vəziyyətdə çıxmalıyıq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43