Premyer Liqa

“Neftçi”nin futbolçusu “Sumqayıt”la oyunda itirilən 2 xalı normal qarşıladı: “Belə hallar futbolda olur”

“Biraz zədəm var idi, məşq buraxmışdım. Ona görə, “Sumqayıt”la oyunda meydana çıxa bilmədim”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Neftçi”nin futbolçusu Elvin Yunuszadə deyib.

Paytaxt klubunun gənc müdafiəçisi “Sumqayıt”la oyunda itirilən iki xalı sadəcə şanssızlığa bağlayır:

“Uşaqlar əllərindən gələni etdilər. Sadəcə bəxtimiz gətirmədi. Çoxlu qol imkanlarımız oldu, ancaq şans bizdən yana deyildi. Bertuççi və Ramos komandamız üçün vacib oyunçulardı. Ancaq onların onların mövqeyində çıxış edən Tərlan və Mirhüseyn yaxşı oyunları ilə bu yoxluğu hiss etdirmədilər. Yenə deyirəm, sadəcə bəxtimiz gətirmədi. Belə hallar olur futbolda. Qarşıdan vacib oyun gəlir. “Qarabağ”ı məğlub edərək, “Sumqayıt”la oyunda itirdiyimiz xalları bərpa etmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43