Kateqoriyasız

Yılmaz Vural milli xəbərini yalanladı, “Xəzər Lənkəran”la bağlı etiraf etdi

“İndiyə kimi əcnəbi ölkələrdə çalışmamışam. Amma bura gəldim və gördüm ki, Azərbaycanın Türkiyədən heç bir fərqi yoxdur. Burada işləmək xarici ölkədə işləməyə bənzəməz. Məşqçilikdə münasibət çox önəmlidir.  Bu mənada Azərbaycandan təklif gələrsə, məmnuniyyətlə qəbul edərəm.  Ancaq mənə belə bir təklif gəlməyib”.

Bu sözləri Azərbaycan millisini çalışdıracağı iddia edilən baş məşqçisi Yılmaz Vural deyib. 

Dünən Bakıya gələn və “Beynəlxaq Kikboks” turnirinin açılış mərasiminə qatılan təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Biz Türkiyəni əcnəbi birinin çalışdırmasına qarşı çıxdıq. Əcnəbi məşqçinin Azərbaycanda uğur əldə etməsi çətindir. Tövsiyə edirəm ki, milliyə azərbaycanlı baş məşqçi gətirilsin. Milli komanda budur ki, siz oyunçulara öz dəyərlərinizlə nəsə öyrədirsiniz. Əcnəbi isə bunu bacarmaz”.

Vural həmçinin Azərbaycann klublarından birini çalışdıracağı ilə bağlı xəbərlərə də münasibət bildirib: “Mübariz Mənsimov dostumuzdur. 5-6 il öncə “Xəzər Lənkəran”a gələ bilərdim. Ancaq o zaman vəziyyət buna imkan vermədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43