Ölkə futbolu

“Neftçi”nin futbolçusu “Xəzər Lənkəran”la finalı xatırladı, Stamenkoviçdən ağızdolusu danışdı

“Özüm meydana çıxmasam da, komanda yoldaşlarım sona kimi mübarizə apardılar və penaltilərdə kuboku qazanan tərəf olduq. İnanırdım ki, penaltilərdə qalib olacağıq. Bilmirəm niyə, amma içimdən səs mənə belə deyirdi ki, yenə kubok sizindi. Qarşıda Avroliqa matçları bizi gözləyir. Bu oyunlara hazırlaşacağıq. “Qəbələ”yə də uğurlar arzulayıram”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov deyib.

Paytaxt klubunun üzvünün penaltilər seriyasında Saşa Stamenkoviçin öz məharətini göstərə biləcəyinə şübhəsi yox imiş:

“Penaltilər “lotoreya”dı. Kimin bəxti gətirsə, o aparacaq. Bu dəfə bəxt bizdən yana idi. Bundan əlavə, ötən il “Xəzər Lənkəran”la finalda Saşa Stamenkoviçin qurtarışları bizi ümidləndirmişdi və şükür ki, yenə eyni sevinci yaşadıq.  Açığı bilirdim ki, Stamenkoviç azı iki top çıxardacaq. Artıq biz iki kubokdan birini götürdük. Çempionluq kubokunu “Qarabağ”, ölkə kubokunu isə biz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43