Dünyadan

Suarezdən sevindirici xəbər

Bir müddət öncə zədələnən “Liverpul”un forvardı Luiz Suarez dünya çempionatında Uruqvay millisinə kömək edə biləcək.

İdmanxeber.com-un məlumatına görə, uılduz futbolçu zədələndikdən sonra onun Braziliyada keçiriləcək mundialda iştirak etməyəcəyi bildirilirdi. Lakin futbolçu sosial şəbəkələrin birində etdiyi paylaşımla azarkeşləri sevindirib:

“Xəyalım gerçəkləşəcək. Dünya çempionatında oynaya biləcəm. Hər kəsə təşəkkür edirəm. Bu gün mənim yenidən formama qayıtmağıma və komandama kömək edəcəyimə yetərlidi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43