Kateqoriyasız

“Neftçi”nin həbsdə olan bir fanatı buraxıldı

“Neftçi”nin həbs olunan azarkeşlərindən biri azadlığa buraxılıb.

İdmanxeber.com-un məlumatına görə, tutulan 4 azarkeşdən biri olan Zamin Əliyev artıq azadlıqdadı. Digər 3 fanat isə gələn ayın əvvəlinə kimi azadlıqa buraxılmalıdırlar. 

Qeyd edək ki, “Neftçi”nin Avroliqanın pley-off mərhələsindəki “Partizan”la matçından öncə azarkeşlərin serblərin avtobusunu daşa basması nəticəsində məlum hadisədən 2 gün sonra kütləvi həbs başlamışdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43