Kateqoriyasız

“Neftçi”nin İtaliyadan transfer etmək istədiyi hücumçunun kimliyi bilindi

“Neftçi” daha bir futbolçu ilə güclənir.

İdmanxeber.az-ın məlumatına görə, bu mövsüm çempionluğu hədəfləyən paytaxt təmsilçisi İtaliyadan hücumçu transfer edir. “Ağ-qaralar” Canluka Sansoneni transfer edir.

Bu barədə “tuttoB.com” saytı məlumat yayıb.  31 yaşlı forvard “Neftçi”nin ona etdiyi təklifə müsbət yanaşıb.

Qeyd edək ki, peşəkar karyerasına “Montorio” klubunda başlayan təcrübəli forvard müxtəlif illərdə “Syena”, “Sasuolo”, “Sampdoriya”, “Torino” və “Frosinene” kimi klubların şərəfini qoruyub. Onun sonuncu klubu “Novara” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43