Ölkə futbolu

“Neftçi”nin itkiləri

“Neftçi”nin Misli Premyer Liqasının 28-ci turunda səfərdə “Qəbələ” ilə keçiriləcək oyundan əvvəl zədəli futbolçuların son durumu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” bu oyuna itkilərlə çıxacaq. Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş bu matçı buraxmalı olacaq.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu sabah keçiriləcək və saat 16:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43