Ölkə futbolu

“Neftçi”nin məşqində alman məşqçilər – FOTOLAR

Premyer Liqanın 21-ci turunun “Bakı” klubu ilə oyununa hazırlaşan “Neftçi” PFK dünən növbəti məşqini keçib.

Klubun bazasındakı meydançada baş tutan hazırlıq prosesini Azərbaycan milli komandasının məşqçisi Volfqanq Rolf və qapıçılar üzrə məşqçi Uli Ştayn da izləyib.

Onlar “Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyevlə milliyə namizəd futbolçular haqda söhbət edib, fikir mübadiləsi aparıblar.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43