Ölkə futbolu

Ramin Musayev: “Azarkeşlər heç də lazım olmayan ifadələr işlədirlər”

PFL prezidenti Ramin Musayev dünən “İnterAz” televiziyasında “Arena” verilişinin qonağı olub.

Verilişdə PFL rəhbəri Azərbaycan futbolunun son vəziyyəti barədə danışaraq qalmaqallı “böyük oyun” barədə fikirlərini bildirib. Ramin Musayev həmin görüşdə Rəhim Həsənovun səhv etdiyini, lakin qərəzli oyunun baş vermədiyini dilə gətirdi :

“Səhv hər kəsdə var, Rəhim Həsənov da həmin oyunda səhv etmişdi, amma qərəzlilik məsələsindən söhbət belə gedə bilməz”.

Ramin Musayev azarkeşlərin stadionda təhqiramiz sözlər işlətməsinə münasibət bildirərək bunun yolverilməz olduğunu dilə gətirib :

“Bu halı qəbul etmək olmaz. “Mən vaxtilə “Neftçi”də işləyəndə 11 -ci saniyədə “Xəzər-Lənkəran”a qol vurmuşduq. Heç o vaxtı bizi nə söydülər, nə də ki döydülər. İndi isə azarkeşlər heç də lazım olmayan ifadələr işlədirlər. Ona görə də komandalar fan klublarla daha sıx işləməlidir və buna yol verən azarkeşləri bu fikirdən uzaqlaşdırmalıdırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43