08 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi”nin “Mladost”la matçının yeri dəyişdirildi

UEFAAvropa Liqasının ilk təsnifat mərhələsində Çernoqoriyada keçirilməsi nəzərdə tutulan “Mladost” – “Neftçi” matçının yeri dəyişdirilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun Bakıda keçiriləcək. UEFA-nın qaydalarına görə, bir şəhərin iki komandası eyni gündə öz meydanında oyun keçirə bilməz. Bakı “İnter”inin də Avropa Liqasındakı oyunu eyni günə təsadüf etdiyindən klubların qarşılıqlı razılığı əsasında ilk olaraq “Neftçi” “Mladost”u qəbul edəcək.

İyulun 2-si 8-ci kilometr qəsəbə stadionunda baş tutacaq oyunun saat 21:00-da başlanması nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43