Kateqoriyasız

“Neftçi”nin oyunununa 20 min bilet satıldı

“Zenit” və “Neftçi” komandaları arasında Sankt-Peterburqda keçiriləcək “Match TV Cup” beynəlxalq futbol turnirinin açılış oyununa bilet satışı davam edir.

İdmanxeber.az xəbər verir ki, matç üçün artıq 20 minə yaxın bilet satılıb. Bu gün keçiriləcək qarşılaşmanı 25 minə yaxın azarkeşin izləyəcəyi gözlənilir.

Görüşün keçiriləcəyi “Qazprom Arena” isə 68 min azarkeş tutumuna malikdir. “Zenit” – “Neftçi” matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43