Kateqoriyasız

“Neftçi”nin saxlanılan azarkeşi sərbəst buraxılıb

Dünən keçirilmiş “Neftçi” – “İnter” qarşılaşmasında pirotexniki vasitədən istifadə etdiyi üçün saxlanılan “flaqman”ın azarkeşi İlkin Sadıqov azad edilib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun mətbuat katibi vəzifəsini icra edən Mehman Rəsulov özünün feysbuk səhifəsində yazıb.

Rəsulov bildirib ki, azarkeş izahat alındıqdan sonra sərbəst buraxılıb: “Neftçi”-“İnter” matçının gedişatı ərzində Forza Neftçi fan klubunun üzvü İlkin Sadıqov pirotexniki vasitənin istifadəsi səbəbindən saxlanılmışdı. Təbii ki, belə vasitələrdən istifadə klubun da cərimələnməsi ilə nəticələnir və istəməzdik ki, oxşar hallar təkrarlansın. Bununla belə azarkeşimizin müqəddəratı bizim üçün önəmlidir. Klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyev birbaşa olaraq məsələ ilə maraqlandı. Nəticədə izahat alındıqdan sonra azarkeş İlkin Sadıqov bölmədən buraxılıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43