08 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi”nin məşqçilər heyəti bəlli olub

“Neftçi” PFK-nun yeni məşqçilər heyəti müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, monteneqrolu baş məşqçi Miodraq Bojoviçin köməkçiləri Saşa Petroviç, Sənan Qurbanov, Deyan Mrvalyeviç olacaq.

Fiziki hazırlıq üzrə məşqçi Deyan İliç və qapıçıların hazırlığı üzrə məşqçi kimi Emil Babayev çalışacaq.

Qeyd edək ki, bu məşqçilərdən yalnız Sənan Qurbanov əvvəlki baş məşqçi Adrian Mutunun dönəmində işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43