Ölkə futbolu

“Neftçi”yə qarşı motivasiya başqa cür olur”

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov “Neftçi” üzərindəki qələbəni şərh edib.

İdmanxeber.com-un məlumatına görə, Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Qələbə həmişə sevindiricidir. “Neftçi” ilə oyunda isə ikiqat sevinclidir. Özüm bu klubda oynamışam, ölkənin ən güclü komandasıdır, “Neftçi”yə qarşı motivasiya başqa cür olur. Komanda yaxşı oynadı, sürət və əks-hücumlar var idi. Hesab böyük ola bilərdi. Komandanı və azarkeşləri təbrik edirəm. “Neftçi”nin müdafiəyə meylli futbolçuları azdır. Biz də bundan istifadə etdik. Rəqibin heyətində həmişə istedadlı futbolçular olub. Öz oyunumuzla layiqli qələbəmizi qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43