16 Sentyabr 2024
Dünya futbolu

Niderland Futbol Federasiyası ofsaydı ləğv etmək istəyir

Niderlandın Həvəskar Liqalarında ofsayd qaydası ləğv oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb zorakılıq hallarının qarşısını almaqdır.

Niderland Futbol Federasiyası ötən mövsüm hakimlərə edilən hücumlara görə 1864 görüş yarımçıq dayandırıldığını açıqlayıb.

Bu rəqəmin əvvəlki mövsümlə müqayisədə 11, son 5 ildə isə 58 faiz çoxaldığı qeyd edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43